Türkiyənin Haqq və Azadlıqlar Partiyasının (Hak-Par) sədri Fehmi Dəmir ölümündən iki saat sonra 1 noyabr parlament seçkiləri üçün seçicilərindən səs istəyib.
Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, 58 yaşındakı Fehmi Dəmir yol-nəqliyyat qəzasında həyatını itirməsindən iki saat sonra onun təbliğat çıxışı TRT kanalından efirə verilib.