Gürcüstanın xarici işlər nazirinin müavini David Calaqaniya Ukraynanın bu ölkədəki müvəqqəti işlər vəkili Georgi Nazarova XİN-in rəsmi etiraz notasını təqdim edib.
Musavat.com-un gürcü qaynağına istinadən verdiyi xəbərə görə, sənəddə “Gürcüstanın sabiq prezidenti, hazırda Odessanın qubernatoru olan Mixail Saakaşvilinin KİV-lərdə getmiş və Gürcüstanın təhlkəsizliyi və sabitliyi üçün təhlükəli çağırışların yer aldığı fikirlərlə bağlı narazılıq” ifadə olunur.
Qeyd edilir ki, rəsmi Tiflis belə açıqlamaları Gürcüstanın daxili işlərinə qarışması kimi qiymətləndirir. “Bu isə iki ölkə arasında dost və tərəfdaş münasibətlərin ruhuna uyğun deyil və yolverilməzdir” – notada deyilir.
Gürcü tərəfi Ukraynanın bu cür faktlara müvafiq reaksiya verəcəyinə və gələcəkdə belə halların bir daha təkrarlanmayacağlna ümid etdiyini bildirib.