"Türkiyə tərəfindən Su-24 qırıcısının vurulması Rusiyaya qarşı düşmənçilik aktıdır".
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.
Onun sözlərinə görə, bu insident heç nə ilə müqayisə oluna bilməz: "Bu, Rusiyaya qarşı düşmənçilik aktıdır. Biz hadisəni belə qiymətləndiririk. Rusiyanın hazırki vəzifəsi Türkiyə tərəfindən öz ərazisinə qarşı təşkil edilə biləcək bütün təhlükələrin qarşısını almaqdır".
Lavrov türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə Belqradda görüşdən boyun qaçırmayacağını deyib.
Samir