İranın cənub-qərbində Rixter şkalası üzrə 5,0 bal gücündə zəlzələ baş verib.
Trend-in "RİA Novosti" agentliyinə istinadən verdiyi məlumata əsasən, zəlzələ yerli vaxtla saat 22:53-də baş verib.
Yeraltı təkanların episentri Firuzabad şəhərindən 61 km aralıqda yerləşib. Təbii fəlakətin ocağı 31,9 km dərinlikdə qeydə alınıb.