6 Dekabr 2015 11:39
715
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanda yerli vaxtla 08.00-da konstitusiyaya dəyişikliklər edilməsi üçün referenduma start verilib.

Teleqraf.com ria.ru-ya istinadən xəbər verir ki, ölkədə 2 min seçki məntəqəsi açılıb. Səsvermə yerli vaxtla 20:00-a kimi davam edəcək. Səsvermədə ümumilikdə 2,5 milyon insanın iştirakı gözlənilir. Ermənistan konstitusiyasına əsasən paketin qəbulu üçün ən azı 50 faiz seçici sənədin lehinə səs verməlidir.

Qeyd edək ki, Ermənistanda müxalifət qüvvələri konstitusiyaya dəyişikliklər edilməsinə qarşı çıxır. Artıq neçə gündür ki, paytaxt İrəvanda etiraz aksiyaları keçirilir. Ehtimal olunur ki, səsvermə bitdikdən sonra polislə etirazçılar arasında kütləvi toqquşmalar olsun.

Samir


Müəllif:

Oxşar xəbərlər