Türkiyədə dəhşətli cinayət hadisəsi baş verib.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, Aydın bölgəsində 20 yaşlı Halime Yavuzu barışmaq üçün otellərdən birinə çağıran həyat yoldaşı 50 yaşlı Fatih Yavuz onu qətlə yetirib.
Hadisə Yavuzlar ailəsinin azyaşlı uşaqlarının gözləri önündə baş verib. Həyat yoldaşını öldürdükdən sonra Fatih intihar etməyə cəhd göstərib. Bıçağı sinəsinə sancan kişinin həyatını xilas etmək mümkün olub.
Faktla bağlı araşdırmalar başlanıb.
Samir