"Ukrayna aldığı qaza görə Rusiyaya yaranmış 3 milyard dollar borcunu ödəməlidir".
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bunu Rusiya Baş naziri Dmitri Medvedev "Rusiya-24" telekanalında jurnalistlərin suallarını cavablandırarkən deyib.
Onun sözlərinə görə, Rusiya məhkəmə vasitəsilə bu ölkənin defolt elan olunmasına çalışacaq.
Qeyd edək ki, Rusiya bir müddət əvvəl Ukraynanın borcunu yenidən strukturlaşdırmağına razılaşıb. Bunun üçün ABŞ və Avropa Birliyi borcun ödənilməsi ilə bağlı zəmanət verməlidir.
Samir