11 Dekabr 2015 11:29
396

Türkiyənin Kütahya bölgəsinin Tavşanlı rayonunda fəhlələri daşıyan avtobus qəzaya uğrayıb.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, hadisə nəticəsində 1 nəfər həyatını itirib, 41 fəhlə yaralanıb.

İlkin ehtimallara görə, hadisəyə səbəb yüksək sürətlə hərəkətdə olan avtobusun qəfil idarəetməni itirməsi olub.

Faktla bağlı araşdırmalar aparılır.

Samir


Müəllif: