17 Dekabr 2015 15:29
1 647
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Rusiya Gürcüstanla viza rejimini ləğv etməyə hazırdır".

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Moskva Tiflislə münasibətləri bərpa etmək niyyətindədir: "Gürcüstanla münasibətlərin korlanmasına biz səbəb olmasaq da, bu ölkə ilə əlaqələri bərpa etməyə hazırıq. Gürcüstanın ərazi bütövlüyünə gəlincə isə, bu gürcü xalqının öz işidir".

Putin Gürcüstanln keçmiş prezidenti, Odessa qubernatoru Mixail Saakaşvilini də təhqir edib: "Saakaşvilinin Odessa qurbenatoru seçilməsi Ukrayna xalqının üzünə tüpürməkdir".

Samir


Müəllif:

Oxşar xəbərlər