Türkiyənin Diyarbəkir şəhərində Rusiyanın iki casusu saxlanılıb.
"Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.
Məlumata görə, ötən gün terrorçu PKK tərəfdarları terrorçuları dəstəkləmək məqsədi ilə aksiya keçirməyə cəhd göstərib. Polis onların qarşısını alıb. Terrorçu PKK-nı dəstəkləyən bir neçə nəfər tutulub.
Onların arasında Rusiyanın iki casusunun olduğu da bildirilib.