Türkiyə ordusu ölkənin cənub-şərq hissəsində keçirdiyi antiterror əməliyyatın son 4 günündə 110 PKK terrorçusunu məhv edib. APA-nın məlumatına görə, bu barədə “Anadolu” agentliyinə hərbi mənbə bildirib.
Məlumata görə, Cizrədə 78, Silopidə 6, Surda 16, Darkeçiddə isə 10 terrorçu məhv edilib. Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı bu əməliyyatlar zamanı 2 hərbçinin həlak olduğunu bildirib.