23 Dekabr 2015 21:15
864
12 Punto 14 Punto 16 Punto 18 Punto

"ABŞ-ın Ukrayna böhranı ilə əlaqədar Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaları genişləndirməsinə rəsmi Moskva layiqli cavab verəcək".

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bunu Rusiya iqtisadi inkişaf naziri Aleksey Ulyukayev deyib.

O bildirib ki, genişləndiirlmiş sanksiyalar Rusiya iqtisadiyyatına təsir göstərməyəcək.

Qeyd edək ki, dünən ABŞ Maliyyə Nazirliyi Moskvaya qarşı sanksiyaların genişləndirilməsi ilə bağlı qərar qəbul edib. Qərara əsasən, sanksiyalar siyahısına daha 34 fiziki və hüquqi şəxsin adı daxil edilib.

Samir


Müəllif:

Oxşar xəbərlər