25 Dekabr 2015 00:53
662
12 Punto 14 Punto 16 Punto 18 Punto

İŞİD terror qruplaşması İraqda 1972-ci ildən bu yana ilk dəfə təşkil edilən gözəlik yarışmasının qalibi Şeyma Kasım Abdülrahmanı təhdid edib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, İŞİD gözəllik kraliçasına zəng edərək onu qruplaşmaya qoşulmağa çağırıb.

Terror qruplaşması əks halda onu qaçıracağını bildirib. Yarışmanın təşkilatçıları Şeymanın gərgin vəziyyətdə olduğunu, amma hər cür maneəyə baxmayaraq yoluna davam edəcəyini bildiriblər.

İraqın şimalında yerləşən Kərkük şəhərindən yarışmaya qatılan 20 yaşındakı Şeyma ötən həftə qalib adını qazanıb.


Müəllif: