26 Dekabr 2015 09:53
908
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-da bu ilin son rübündə 2 milyard dollar borcu olan 9 neft şirkəti iflas edib.


Publika.az “marja”ya istinadən bildirir ki, Dallas FED neft və qaz şirkətlərində defoltların ən son 1929-cu ildəki Böyük Böhranda yaşanan səviyyələrə çatdığını açıqlayıb.

Dallas FED-in ilin son üç ayı üçün yaydığı enerji hesabatında ABŞ-da 4-cü rübdə 2 milyard dollara yaxın borcu olan ən azı 9 neft və qaz şirkətinin iflas etdiyi vurğulanıb.


Aşağı neft qiymətləri ABŞ-da neft və qaz şirkətlərinin maliyyə çətinlikləri yaşamasına səbəb olur. Bu vəziyyət ABŞ şirkətlərinin xaricdəki oxşar şirkətlərə nisbətən daha yüksək istehsal xərcləri ilə qarşı-qarşıya olmalarından qaynaqlanır. Əgər iflaslar bu sürətlə davam edərsə, 2016-cı ildə daha çox şirkət iflas edəcək.


Analitiklərin hesabatına görə, 2014-cü ilin oktyabr ayından sonra ABŞ-ın neft və qaz şirkətlərində məşğulluq 70 000 nəfər azalıb.


Müəllif:

Oxşar xəbərlər