27 Dekabr 2015 18:44
797
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan ərazisindəki Rusiyaya aid hərbi hissənin adı növbəti dəfə qalmaqalda hallanıb.

ANS-in məlumatına görə, Gümrü şəhərində yerləşən Rusiyaya məxsus 102 saylı hərbi hissənin əsgəri erməni kəndlisinin inəyini oğuralyıb.

Bildirilir ki, Dmitri Korşunov axşam saatlarında pəncərədən Usubyanova məxsus pəyəyə girərək inəyi götürüb. İnəyin dəyəri 90 000 drama bərabərdir.

26 yaşlı hərbiçiyə törətdiyi əmələ görə cinayət məcəlləsinin 177-ci maddəsi ilə məhkəmə işi açılıb. İlkin tədbir olaraq hərbiçinin hərbi hissəni tərk etməsinə qadağa qoyulub.

Bu, Rusiyaya aid 102 saylı hərbi bazanın adının hallandığı ilk hadisə deyil. Daha əvvəl Gümrü şəhərində yerləşən Rusiyaya məxsus 102-ci hərbi bazanın qulluqçusu Valeri Permyakov bir erməni ailəsinin 7 üzvünü qətlə yetirib.

Cinayət zamanı Permyakov Avetisyan ailəsinin 6 üzvünü güllələyib, 6 aylıq körpəni isə süngü ilə vurub. Yeddi gün boyunca həkimlər altı aylıq körpənin həyatı üçün mübarizə apararaq onun üzərində iki əməliyyat keçirsələr də, daha sonra o vəfat edib.

Qətlin törədilməsində Rusiya hərbi qulluqçusu Valeri Permyakov ittiham edilir. Yanvarın 14-də ona Ermənistanın və Rusiyanın Cinayət Məcəllələrinin müxtəlif maddələri üzrə ittiham irəli sürülüb.

Permyakovun erməni ailəsini öldürdükdən sonra Ermənistanın bir sıra şəhər və rayonlarında etiraz aksiyaları keçirildi. Etirazların ən güclüsü isə 102-ci hərbi bazanın yerləşdiyi Gümrü şəhərində baş verdi. Nümayişçilər hətta Rusiya hərbi bazasının ölkədən çıxarılmasını da tələb edirdilər.


Müəllif:

Oxşar xəbərlər