31 Dekabr 2015 11:34
765
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sankt-Peterburqa getmək istyən 11 Türkiyə vətəndaşı geri qaytarılıb.

Publika.az xəbər verir ki, bu barədə sərnişinlər məlumat verib.

Yeni ili Sankt-Peterburqda qarşılamaq istəyən Türkiyə vətəndaşları fərqli bəhanələrlə ölkəyə buraxılmayıblar. Sərnişinlərdən biri başına gələnləri belə şərh edib:

“Dünən səhər saatlarında İstanbuldan Sankt-Peterburqa uçtum. Günorta sıralarında Sankt-Peterburq Hava limanına endik. Pasport yoxlamasına sıraya girmək istədikdə mənimlə yanaşı digər Türk sərnişinləri də başqa tərəfə istiqamətləndirdilər. 11 Türkiyə vətəndaşı idik. Polis məndən Rusiyaya niyə gəldiyimi və səyyahət sığortam barədə soruşduqda sığortamın olduğunu söylədim. Daha sonra ağ bir kağızda bu insanların səyahət edəcək pulu yoxdur yazaraq bizi ölkələrinə buraxmadılar”.


Müəllif:

Oxşar xəbərlər