14 Yanvar 2016 14:55
791
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Kölndə baş verənlər onu göstərdi ki, Almaniya miqrant böhranı ilə mübarizə apara bilmir. O yüklənib və zəifləyib. ABŞ-ın bu vəziyyətdə Almaniyaya tam tərəfdaş kimi baxması mümkün deyil".

Teleqraf.com ria.ru-ya istinadən xəbər verir ki, bunu Vaşinqtonda yerləşən Müasir Alman Araşdırmalar Mərkəzinin direktoru Cekson Ceyns deyib.

Onun sözlərinə görə, Almaniya kansleri Angela Merkelin miqrasiya böhranı ilə mübarizə gücünü açıq-aşkar qiymətləndirməməsi bunu sübut etdi və onun bu mövqeyi bütün alman siyasətinin göstəricisidir: "Amerikalılar başa düşürlər ki, əgər Avropa Birliyi miqrant böhranı ilə bacarmırsa, demək bu məsələ hələ uzun müddət davam edəcək və onlar bundan qorxurlar. Bu vəziyyətdə isə Avropa beynəlxalq aləmdəki müxtəlif məsələlərdə ABŞ-ın tərəfdaşı ola bilməyəcək. ABŞ-ın həqiqətən də Avropaya ehtiyacı var. Ukrayna münaqişəsini götürək: Qərb iyunda sanksiyaların müddətini uzaqdacaq? Avropa buna razı olacaq? Yaxud bu istək o vaxtadək miqrant böhranının təzyiqi altında boşa çıxacaq?"

Ekspert qeyd edib ki, Amerika cəmiyyəti və KİV Kölndə baş verənləri yaxından izləyir: "Bəziləri əmindir ki, Almaniyanın üzləşməli olduğu fəlakət tamamilə gözlənilən idi və miqrant axınının bu ölkəyə təsir etməyəcəyini gözləmək sadəlövlük olardı. Amerikalıların əksəriyyəti düşünür ki, Avropa mioqrantlara qarşı siyasətini sərtləşdirməlidir".

Samir


Müəllif: