28 Yanvar 2016 12:01
855
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə naməlum şəxslər hərəkətdə olan polis maşınına atəş açıblar.

Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə ötən gün Bakı vaxtı ilə saat 21.00-da radələrində baş verib. Ədirnə istiqamətində hərəkət edən polis avtomobilinə naməlum şəxslər atəş açıb. Hadisə zamanı ölən və yaralanan olmasa da, maşına 7 güllə dəyib. Hadisə yerinə xeyli polis göndərilib. Ərazini yoxlamaq üçün polis helikopteri də hadisə yerində axtarışlara cəlb olunub.

Teleqraf.com hadisə yerindən videonu təqdim edir:

Rüstəm


Müəllif: