2 Fevral 2016 01:12
488
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rəsmi Moskva Suriya müxalifətinin Danışıqlar üzrə Ali Komitəsinin nümayəndələri ilə görüşməyə hazırdır.


APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, bunu Rusiya prezidentinin Yaxın Şərq və Afrika ölkələri üzrə xüsusi nümayəndəsi, xarici işlər nazirinin müavini Mixail Boqdanov bəyan edib.

“Nümayəndə heyətinin başçısı Riyad Hicabla dəfələrlə görüşlərimiz olub. O, Suriyanın baş naziri vəzifəsində tutanda və sonralar da. Burada qeyri-adı bir şey yoxdur. Cenevrəyə ezam edilən Qennadi Qatilov bütün münaqişə tərəfləri ilə danışıqlar aparmaq üçün ora gedib ”, deyə M.Boqdanov bildirib.

Qeyd edək ki, Suriya müxalifətinin Danışıqlar üzrə Ali Komitəsi nümayəndələri hazırda Cenevrədə olan Rusiya xarici işlər nazirinin müavini Qennadi Qatilov ilə görüşməyə razılıq veriblər.


Müəllif:

Oxşar xəbərlər