Rusiyanın Leninqrad vilayətinin Şlissenburq şəhərində silahlı insident baş verib.
Teleqraf.com news.am-a istinadən xəbər verir ki, şəhərdəki avtoservislərdən birində Rusiyada yaşayan ermənilər arasında pul üstündə mübahisə yaranıb.
"Mercedes" markalı avtomobil avtoservisin qarşısına yaxınlaşanda maşında olan silahlılar atəş açmağa başlayıb. Bu zaman avtoservisdə olan ermənilər də silahla qarşılıq verib.
Atışma zamanı 1956-cı il təvəllüdlü Qrayr Vardanyan və 1971-ci il təvəllüdlü Armen Xurşudyan öldürülüb, 3 erməni isə yaralanıb. Yaralılar dərhal şəhər xəstəxanasına çatdırılıb. Vardanyan və Xurşudyan Rusiyada biznes fəaliyyəti ilə məşğul olan Artur adlı erməniyə 60 min rubl borclu olub. Hazırda polis hadisəni törədən şəxslərin axtarışına başlayıb.
Elvin