7 Fevral 2016 09:36
891
12 Punto 14 Punto 16 Punto 18 Punto

Koreya Xalq Demokratik Respublikası bu gün peyk daşıyan uzaqmənzilli raketini orbitə buraxdığını açıqlayıb.

Teleqraf.com ria.ru-ya istinadən xəbər verir ki, bununla bağlı Şimali Koreyanın mərkəzi televiziyası məlumat verib.

Şimali Koreya rəsmiləri raket buraxılışının uğurla həyata keçirildiyini bəyan ediblər. Yaponiyanın Okinava adası yaxınlığında hava buraxılan raket 790 kilometr qət etdikdən sonra radardan itib.

Raketin buraxılmasından sonra Cənubi Koreya və BMT təcili iclas keçirməklə bağlı qərar qəbul edib. BMT Təhlükəsizlik Şurasının təcili toplantısı bu gün Bakı vaxtı ilə saat 20:00-da keçiriləcək.

Samir


Müəllif: