9 Fevral 2016 14:52
624
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriya ordusu Türkiyə ilə sərhəddə yerləşən Qamışlı şəhərindəki YPG qüvvələrinə dörd təyyarə silah-sursat göndərib.

Axar.az xəbər verir ki, bu barədə İranın “Fars” xəbər agentliyi məlumat yayıb.

Agentlik silahlardan Şadadi qəsəbəsini İŞİD-dən geri almaq üçün başladılacaq əməliyyatlarda istifadə olunacağını bildirib.

Qəsəbənin ələ keçirilməsi ilə İŞİD-in paytaxtı Rakka mühasirəyə düşəcək.

Qeyd edək ki, Türkiyə YPG-ni PKK-nın Suriya qanadı hesab edir. Hazırda Suriyanın Türkiyə ilə sərhədlərinin böyük qismi YPG-nin nəzarətindədir.


Müəllif:

Oxşar xəbərlər