10 Fevral 2016 02:42
634
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cənubi Koreya hərbçiləri Şimali Koreyanın fevralın 7-də kosmosa buraxdığı raket daşıyıcısının qalıqlarını aşkarlayıblar.

APA-nın “Daily Mail”-a istinadən verdiyi xəbərə görə, Cənubi Koreya hərbçiləri aşkarladıqları raket qalıqlarının foto şəkillərini təqdim ediblər. Hazırda hərbçilər raket qalıqlarını analiz edirlər.


Qeyd edək ki, KXDR fevralın 7-də yerli vaxtla saat 09.01-də (Bakı vaxtı ilə 04.31-də) ölkənin qərb sahilində yerləşən “Soxe” kosmodromundan üzərində “Kvanmönson-4” süni peykinin quraşdırıldığı raketin buraxılışını həyata keçirib. Bundan sonra Pxenyan raket buraxılışının uğurla həyata keçdiyini bəyan edib.


Müəllif:

Oxşar xəbərlər