Suriyada son beş il ərzində 470 min insan həlak olub.
"Amerikanın Səsi"nin verdiyi xəbərə görə, Suriyanın Siyasət Araşdırmaları Mərkəzinin son hesabatına əsasən, bu ölkədə 400 min insan zorakılıqlar nəticəsində, 70 min nəfər səhiyyə xidmətləri, ərzaq, su qıtlığı və yaşayış yerlərindən məhrum olduqları üçün ölüb.
Mərkəzin hesabatında deyilir ki, ölənlər Suriya əhalisinin 11.5 faizini təşkil edir.
Vətəndaş müharibəsi səbəbi ilə 1.9 milyon insan xəsarət alıb.
13.8 milyon suriyalının qazanc əldə edə bilmədiyi deyilir. Əhalinin 45 faizi məcburi köçkünə çevrilib. Onların 4 milyonu xarici ölkələrdə sığınacaq tapıb.