13 Fevral 2016 02:52
506
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaxın Şərqdə, o cümlədən Suriyada sabitliyə nail olmaq naminə İran və Səudiyyə Ərəbistanı münasibətlərində olan gərginliyi aradan qaldırmalıdırlar.

APA-nın Reuters agentliyinə istinadən verdiyi məlumata görə, bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bəyan edib.

“Biz birgə işləməliyik”, deyə İran XİN rəhbəri Münhendə keçirilən təhlükəsizlik sammitində bildirib.

Onun sözlərinə görə, hər iki tərəf regional problemlərin həllində bir-birilərinin maraqlarını nəzərə almalıdır: “Biz Səudiyyə Ərəbistanı ilə əməkdaşlıq etməyə hazırıq. Hesab edirəm ki, ölkələrimiz Suriya barədə də ortaq məxrəcə gəlməyə qadirdir”.


Müəllif:

Oxşar xəbərlər