14 Fevral 2016 21:34
992
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hindistanın baş naziri Narendra Modi Əfqanıstan prezidenti Əşrəf Qanini ad günü münasibətilə təbrik edib, lakin o, günü səhv salıb.

Cənab Modi tvit edərək cənab Qaniyə öz ürək sözlərini çatdırıb: “Sizə uzun ömür, can sağlığı və xoşbəxt həyat yolu arzulayıram”.

Cənab Qani isə öz növbəsində tvit edərək ad gününün 19 may tarixində olduğunu bildirib.

Əfqanıstan prezidentinin Google profili onun ad gününün 12 fevralda olduğunu göstərir və yəqin ki bu da anlaşılmazlığa səbəb olub.

Tvitin şəxsən cənab Modi tərəfindən edildiyi isə məlum deyil. Onun tvitlərinin sosial media meneceri tərəfindən yazıldığı məlumdur.

Cavabın Münhen Təhlükəsizlik Konfransında olan cənab Qani tərəfindən yazıldığı isə az güman edilir. Prezident paylaşdığı postları AG imzası ilə yazır.

Hindistanda ən azı 22,2 milyon Twitter istifadəçisi var, cənab Qaninin isə 176 min izləyicisi var.

Hindistandakı Twitter istifadəçilərindən biri isə cənab Qaniyə bu cür cavab yazıb: “Bizim vecimizə deyil, sənin ad günün nə vaxtdır. Əgər hörmətli baş nazirimiz bu gün təbrik edibsə, biz bu gün qeyd edəcəyik”.


Müəllif:

Oxşar xəbərlər