İsrailli rəsmilər təhlükəsizlik güclərinə hücum etməkdə günahlandırılan 5 fələstinlinin öldürüldüyünü açıqlayıb.
Musavat.com xəbər verir ki, bu barədə məlumat BBC-də yer alıb. Məlumata görə, öldürülən beş fələstinlidən ikisi 15, biri isə 17 yaşında olub. İsrail polisinə bıçaq çıxaran bir fələstinli qadının da yaralı olaraq xəstəxanaya göndərildiyi bildirilib.
Qeyd edək ki, oktyabr ayından bu yana 172 fələstinli öldürülüb.