PKK terror təşkilatı İşveçin paytaxtı Stokholmda partlayış törədib.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, terrorçular Türk Mədəniyyət Mərkəzini daşa basıb və binaya əldəqayırma partlayıcı atıb. Məlumatlara görə, hücumçuların sayı 200 nəfər olub. Hadisə zamanı mərkəzin direktoru Sabri Sönməz ağır yaralanıb.
Hadisədən sonra bölgədə təhlükəsizlik tədbirləri gücləndirilib.
Samir