Rusiya tərəfinin təqdim etdiyi Suriyanın suverenliyinin müdafiəsi üzrə qətnamə layihəsinin gələcəyi yoxdur.
APA-nın “Gazeta.ru”ya istinadən verdiyi məlumata görə, bunu Fransa və ABŞ-ın BMT Təhlükəsizlik Şurasındakı nümayəndələri Fransua Delattar və Samanta Pauer bəyan ediblər.
“Dəqiq budur ki, biz olduqca təhlükəli hərbi münaqişə ilə üz-üzə qalmışıq. Durmadan gərginləşən vəziyyət tamamilə nəzarətdən çıxa bilər”, deyə F.Delattar bildirib.
Qeyd edək ki, Rusiya rəsmi Ankaranın hərəkətlərinə cavab olaraq BMT Təhlükəsizlik Şurasına Suriya ilə bağlı qətnamə layihəsini təqdim edib.