23 Fevral 2016 00:30
521
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cənubi Koreya KXDR tərəfdən terror təhlükəsi ilə üzləşib. Bunu ölkənin prezidenti Pak Kın Xe müşavirləri ilə görüşdə bəyan edib.

AZƏRTAC Rusiyanın NTV telekanalına istinadla xəbər verir ki, Cənubi Koreya prezidenti qurum rəhbərlərinə “şimali koreyalıların bütün təxribatlarına cavab verməyə hazır olmalarını” tapşırıb. Onun sözlərinə görə, KXDR-in lideri Kim Çen In tabeliyində olanlara Cənubi Koreyada terror aktları və kiber-hücumların hazırlanmasına səyləri artırmağı əmr edib.

Bir qədər əvvəl təhlükəsizlik və ictimai administrasiya məsələləri üzrə dövlət komitəsi mart-aprel aylarında KXDR tərəfdən Cənubi Koreya qurumlarına güclü kiber-hücumların ola biləcəyi barədə xəbərdarlıq yayıb.

Xatırladaq ki, fevral ayının əvvəlində Pxenyanın keçirdiyi nüvə sınaqlarından sonra Koreya yarımadasında vəziyyət növbəti dəfə gərginləşib.


Müəllif:

Oxşar xəbərlər