Rusiya prezidenti Vladimir Putin suriyalı həmkarı Bəşər Əsədlə telefon əlaqəsi saxlayıb.
Teleqraf.com xəbər verir ki, bununla bağlı Kremlin mətbuat xidməti məlumat yayıb:
"Liderlər danışıqlar zamanı Suriyada fevralın 27-dən etibarən atəşin dayandırılması ilə əlaqədar ABŞ-Rusiya razılaşmasını müzakirə edib. Bundan başqa, Putin və Əsəd İŞİD, "Nusra Cəbhəsi" kimi terror qruplaşmaları ilə mübarizənin vacibliyini qeyd edib".
Əsəd bildirib ki, Suriya hökuməti atəşkəslə razıdır: "Ancaq buna baxmayaraq, Suriya bu vəziyyətdə terrorçuların, silahlı qruplaşmaların Suriya xalqına və ordusuna qarşı hər hansı pozuntusuna görə adekvat cavab vermək hüququnu özündə saxlayır".
Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putinlə amerikalı həmkarı Barak Obama arasında baş tutan telefon danışığı zamanı Suriyada atəşin dayandırılması ilə bağlı razılıq əldə edilib.
Samir