24 Fevral 2016 16:49
926
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Rusiyanın və Rusiya xalqının düşməni deyil.

Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Onun sözlərinə görə, Qərb ölkələri Moskvaya qarşı sanksiyalar tətbiq edəndə Türkiyə Rusiyanı dəstəklədi, lakin Rusiya hakimiyyəti bunu qiymətləndirmədi.

Prezident qeyd edib ki, Moskva və Ankara arasında münasibətlərin kəskinləşməsinin günahkarı Türkiyə deyil: "Rusiya Bəşşar Əsəd naminə Ankara ilə münasibətlərini qurban verdi".


Müəllif: