Türkiyəli futbolçu İbrahim Toramanın həyat yoldaşı zorakılığa məruz qalma iddiası ilə məhkəməyə müraciət edib.
Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, "Beşiktaş"lı futbolçu iki il əvvəl vəkil Eylem Yıldızla ailə qurub.
Cütlüyün ötən il övladı dünyaya gələndən sonra aralarında mübahisə düşüb. Eylem Yıldaz oğlunu götürüb atası evinə gedib və boşanmaq üçün məhkəməyə müraciət edib.
Məhkəməyə müraciət edən Eylem uşağının vəkalətini istəyib.
Qeyd edək ki, İbrahim Toraman "Beşiktaş"da oynadığı zaman komanda yoldaşı İbrahim Üzülmez və Sezer Öztürklə dalaşıb.
Rüstəm