29 Fevral 2016 15:50
1 400
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ukrayna baş naziri Arseni Yatsenyuk dərhal istefa verməlidir”.

Teleqraf.com lenta.ru-ya istinadən xəbər verir ki, bunu Gürcüstanın keçmiş prezidenti, Ukraynanın Odessa vilayətinin qubernatoru Mixail Saakaşvili feysbuk səhifəsində yazıb:

“Mən hesab edirəm ki, Arseni “Tetçer” getməlidir və birinci növbədə onu prezident istefaya göndərməlidir. Baş naziri ölkədə islahatların tərəfdarı olan şəxs əvəz etməlidir. Onun proqramı cəmiyyət tərəfindən nəzərdən keçirilməlidir. Əks halda hakimiyyətə oliqarxların maraqlarını qoruyan Yatsenyuk kimi biri gələcək.

Arseni fəxr edir ki, onun zəif reytinqi var. Nə ilə fəxr edirsən? Əgər səni istəmirlərsə, getmək vaxtın çatıb”.

Qeyd edək ki, fevralın 19-da açıqlama verən Yatsenyuk özünün reytingini vaxtilə Böyük Britaniyanın baş naziri olan Marqaret Tetçerin reytinqi ilə müqayisə edib: “Oxşar mənzərədir”.

Samir


Müəllif:

Oxşar xəbərlər