2 Mart 2016 22:13
605
12 Punto 14 Punto 16 Punto 18 Punto

İordaniyada Suriya ilə sərhəd rayonlarda İŞİD terror qruplaşmasına qarşı əməliyyat keçirilib.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, əməliyyat zamanı İŞİD-in 7 üzvü, 1 əsgər ölüb, 4 nəfər yaralanıb.

İordaniya təhlükəsizlik qüvvələri əməliyyatı davam etdirirlər. Qeyd olunur ki, İŞİD üzvləri ölkənin güc strukturlarına qarşı terror planı hazırlayıblar. Planın qarşısını almaq üçün polis gücləndirilmiş iş rejiminə keçib.

Ayxan


Müəllif:

Oxşar xəbərlər