Nyu-Yorkun Manhetten rayonunda dünyanın ən bahalı metro stansiyası açılıb.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, stansiya Ümumdünya Ticarət Mərkəzinin yanında yerləşir. Onun tikintisi planlaşdırıldığı kimi 5 yox, 12 il davam edib. Metro stansiyasının tikintisi üçün 4 milyard dollar xərclənib. Bu isə ilkin olaraq tikinti üçün nəzərdə tutulmuş məbləğdən təxminən 2 dəfə artıqdır. "Forbes" jurnalının məlumatına görə, bu, dünyada analoji tikililər üçün rekord məbləğdir.
Şüşə və betondan hazırlanmış monumental konstruksiyanın memarı ispan rəssam-futurist Santyaqo Kalatravadır.
Elvin