Ərəb Ölkələri Liqası daimi üzvlərin iştirakı ilə keçirilən iclasda 4 ölkədə ofislərin bağlanması ilə bağlı qərar qəbul edilib.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, qərara əsasən, birliyin Cənubi Sudan, Cənubi Afrika, Malta və Türkiyə ofisləri bağlanacaq.
Bundan başqa, Ərəb Ölkələri Liqasının BMT Təhlükəsizlik Şurasının daimi üzvlǝri ABŞ, İngiltərə, Fransa, Rusiya və Çin ofisləri, eləcə də beynəlxalq təşkilatların yerlǝşdiyi Brüssel, Cenevrə, Vyana və Roma nümayəndəliklərinin fǝaliyyǝti davam edǝcǝk.
Liqanın baş katibinin müavini Əhməd Bin Hillu mövzu ilə əlaqədar verdiyi açıqlamada bildirib ki, qərar layihəsi siyasi xarakter daşımır: "4 ölkədəki ofis qənaət məqsədi ilə bağlanılacaq".
Samir