Rusiya prezidenti Vladimir Putin Rusiya ordu birləşmələrinin Suriyadan çıxarılmasına dair göstəriş verib.
Teleqraf.com "RİA Novosti"yə istinadən xəbər verir ki, Putin bu qərarı Suriyada qarşıya qoyulan vəzifələrin başa çatdırılması ilə əlaqələndirib.
Putinin Müdafiə Nazirliyi və XİN-ə ünvanladığı təlimatda qeyd olunub ki, Silahlı Qüvvələr qarşıya qoyulan vəzifəni icra edib: "Müdafiə naziri ordu birləşmələrini tədricən Suriyadan çıxarsın".