Rusiyanın Suriyadakı hərbi qruplaşmasının şəxsi heyəti prezident Vladimir Putinin əmrinə uyğun olaraq ölkədən çıxmaq üçün ilkin hazırlıqlara başlayıb.
Teleqraf.com "Ria-Novosti"yə istinadən xəbər verir ki, Rusiyanın Hmeymim aviabazasının personalı Latakiyadakı əmlaklarını, texniki vasitələrini təyyarələrə yükləməyə başlayıblar.
Qeyd edək ki, Putin martın 14-də axşam müdafiə naziri Sergey Şoyqu və xarici işlər naziri Sergey Lavrovla görüşündə martın 15-dən etibarən Rusiyanın əsas hərbi qüvvələrinin Suriyadan çıxarılması barədə əmr verib.