19 Mart 2016 15:54
595
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Xarici İşlər Nazirliyi Rusiyanın Krımdakı prokuroru Natalya Poklonskayanın iddiaları üzrə Tatar Milli Məclisinin fəaliyyətinin dayandırılması və "radikal təşkilat" kimi qeydə alınmasına dair açılan cinayət işinə etiraz edib.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, Ukrayna XİN sözçüsü Maryana Betsa Rusiya hakimiyyətinin Krım yarımadasına qarşı təzyiq kampaniyasını davam etdirdiyini bildirib.

"Tatar Milli Məclisinin fəaliyyətinin dayandırılması Moskvanın məqsədli qərarıdır. Ukrayna Xarici İşlər Nazirliyi Rusiyanın Krımda apardığı təzyiq kampaniyasını kəskin şəkildə pisləyir. Bu təzyiqlər 1944-cü ildəki tatarların sürgün olunmasını xatırladır. Krımda insan haqlarının pozulmasının qarşısını almaq üçün beynəlxalq təşkilatlar yarımadaya səfər etməlidirlər".

Ayxan


Müəllif:

Oxşar xəbərlər