İyulun 1-dən etibarən Türkiyə vətəndaşları Avropaya vizasız səyahət edə biləcəklər.
Teleqraf.com-un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Türkiyə Xarici İşlər Nazirliyinin adı açıqlamayan rəsmisi bəyan edib ki, artıq bununla bağlı Türkiyə və Avropa Birliyi təmsilçiləri arasında razılaşma əldə olunub. Bu razılaşma ilə Türkiyə Avropaya qaçqın axınının qarşısını alacaq.
Xatırladaq ki, məsələ martın əvvələrində Türkiyədə rəsmi səfərdə olan Yunanıstan baş naziri Aleksis Çiprasın baş nazir Əhməd Davudoğlu ilə görüşündə də müzakirə edilmişdi.
Nərgiz