ABŞ-ın Florida ştatının Mayami şəhərində həbs olunan İran əsilli azərbaycanlı Rza Zərrabın maddi girov müqabilində azadlığa çıxmaq haqda vəsatətini məhkəmə rədd edib.
Teleqraf.com Türkiyə mediasına istinadla bildirir ki, Mayamidə federal məhkəmənin qərarıyla saxlanan Zərrab aprelin 4-nə qədər həbsdə qalacaq.
Bank saxtakarlığında, İrana tətbiq olunan sanksiyaları pozmaqda və digər iqtisadi cinayətlərdə suçlanan Rza Zərrabı federal qanunlara görə 75 il həbs cəzası gözləyir.
Həbs olunan Rza Zərrabın ilk foto-görüntüsü yayılıb.