28 Mart 2016 15:50
2 190
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Bəzi kütləvi informasiya vasitələri Rusiya prezidenti Vladimir Putin və onun ətrafına qarşı "sifarişli hücumlar" hazırlayır".

Teleqraf.com TASS agentliyinə istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin sözçüsü Dmirti Peskov deyib:

"Növbəti belə informasiya yaxın günlərdə yayımlanacaq. Bizə özünü Beynəlxalq Jurnalist Araşdırmaları Konsorsiumu adlandıran təşkilatdan riakar suallar daxil olub. Biz bunu açıq sifariş hesab edirik".

Peskov əlavə edib ki, belə təşkilatlara jurnalistlərlə yanaşı, xüsusi xidmət orqanlarının əməkdaşları da daxil ola bilərlər.

Samir


Müəllif:

Oxşar xəbərlər