29 Mart 2016 20:32
999
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Müdafiə Nazirliyi Türkiyənin Adana, İncirlik, İzmir və Muğladakı Amerika hərbçilərinin ailələrinin bu ölkədən təxliyyə edilməsinə dair əmr verib.

Teleqraf.com xəbər verir ki, ABŞ-ın Avropa Komandanlığının rəsmi internet saytında yer alan təlimatda əmrin müvəqqəti olduğu və İŞİD-ə qarşı mübarizədə hərbçilərin ailələrinin zərər görməməsi üçün verildiyi qeyd olunur.

ABŞ-ın Avropa Komandanlığının rəhbəri general Flip Breedlove bildirib ki, qərar ABŞ Xarici İşlər Nazirliyi və Türkiyə hökumətilə razılaşdırılıb: "Bu qərarın hərbçilərin ailələrinin normal yaşayışına mənfi təsir göstərdiyini bilirik. Amma güclü müttəfiqimiz Türkiyəyə olan dəstəyimizi davam etdirmək üçün ailələrin təhlükəsizliyi, hərbçilərin mücadiləsinin effektliyini təmin etmək məcburiyyətindəyik”.

Ayxan


Müəllif:

Oxşar xəbərlər