1 Aprel 2016 21:53
705
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskva ilə Vaşinqtonun Suriya prezidenti Bəşər Əsədin taleyi ilə bağlı razılığa gəlmələri barədə yazılanlara münasibət bildirib.

Teleqraf.com "RİAnovosti"yə istinadən xəbər verir ki, Lavrov məlumatı “çirkin informasiya ” adlandırıb.

Suriyanın gələcəyini Suriya xalqının həll etdiyini deyən Lavrov qeyd edib ki, ABŞ bunu şübhə altında qoya bilməzlər.

Ərəb nəşri olan “Əl Həyat” qəzetinin martın 31-də yaydığı məlumata görə, ABŞ Dövlət katibi Con Kerri bir sıra ərəb ölkələrinə deyib ki, Rusiya ilə ABŞ Əsəd məsələsində razılığa gəliblər.


Müəllif:

Oxşar xəbərlər