“Dağlıq Qarabağdakı vəziyyət dayanıqlı olmaqdan uzaqdır. Moskva münaqişənin həlli ilə bağlı fəaliyyətini davam etdirməyi planlaşdırır”.
Teleqraf.com “Ria Novosti” agentliyinə istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin sözçüsü Dmitri Peskov deyib:
Onun sözlərinə görə, Moskva Dağlıq Qarabağ münaqişəsinin kəskinləşməsindən narahatdır və bunun həlli ilə əlaqədar səyləri artırmaq lazımdır: “Rusiya Bakı və İrəvanla xoş münasibətlər saxlayır və bu münasibətlərdən münaqişənin həlli istiqamətində istifadə etməyə çalışır”.
Peskov qeyd edib ki, atəşi dayandırmaq məqsədi ilə ən müxtəlif səviyyələrdə operativ işlər həyata keçirildi.
Samir