“Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) və onun regiondakı tərəfdaşları Suriyada atəşkəsin pozulması vəziyyətində yeni plan hazırlayıblar”.
Teleqraf.com xəbər verir ki, bununla bağlı “Wall Street Journal” qəzeti MKİ-nin nümayəndəsinə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, “B planı”nın mahiyyəti suriyalı müxalifləri silahla təmin etməkdən ibarətdir: “Müxaliflər bununla Suriya rejiminin təyyarə və artilleriya qurğularını məhv etmək imkanına malik olacaq”.
MKİ nümayəndəsi bildirib ki, idarə öz əməkdaşlarını məsələ ilə bağlı xəbərdar edib: “Xəbərdar olunub ki, silahlar ancaq atəşkəsin pozulması və münaqişənin siyasi həllinin mümkünsüzlüyü vəziyyətində göndəriləcək”.
Qeyd edək ki, Suriyada fevralın 27-də atəşkəs barədə saziş imzalanıb.
Samir