Almaniyada 29 əsgər İŞİD-ə qoşulmaq üçün Orta Şərqə gəliblər.
Teleqraf.com xəbər verir ki, bu iddia ilə Almaniya Sosial Demokrat Partiyasından olan deputat Hans-Peter Bartels çıxış edib. Onun sözlərinə görə, daha 65 alman əsgərinin İŞİD-ə simpatiyası var. Müdafiə Nazirliyi bu barədə bilgili olsa da, qanunlar radikalyönümlü hərbçilərin ordu sıralarından kənarlaşdırılmasını, təqib edilməsini qadağan edir.
Terrorçuluğa qarşı Beynəlxalq Mübarizə Mərkəzindən verilən məlumata görə, 720-760 nəfər arasında Almaniya vətəndaşı İŞİD-ə qatılmaq üçün Orta Şərqə gediblər.
Ayxan