Yaponiyada güclü zəlzələ baş verib.
Ölkənin Kumamoto prefekturasında baş vermiş 6,5 bal gücündə zəlzələ nəticəsində azı 3 nəfər ölüb, 200 nəfər yaralanıb.
Yeraltı təkanlardan ən çox Masiki qəsəbəsi zərər çəkib. Burada 20 binanın uçduğu, yanğınların baş verdiyi və magistral yolun sıradan çıxdığını bildirilir.
Zəlzələnin episentri Küsü adasının Kumamoto prefekturasında, 20 km dərinlikdə qeydə alınıb.