16 Aprel 2016 22:24
636
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bloomberg agentliyi 2016-cı ilin ən sərfəli valyutasının Zambiya kvaçası olduğunu açıqlayıb.

Teleqraf.com-un məlumatına görə, artım sürətinə görə kvaça dünyanın 150 valyutasını qabaqlayıb. İlin başlanğıcından böyüklüyünə görə Afrikada ikinci mis istehsalçısı olan Zambiyanın milli pul vahidi dollara nisbətdə 19,9 % artıb. Müqayisə üçün qızıl 16,3% bahalaşıb.

Misə artan tələblər kvaçanı qüvvətləndirib. 2015-ci ildə Zambiyanın valyutası 42% düşüb və 2015-ci ildə ən zəif üç valyutadan biri olub. Ekspertlər indi “sıçrayış” müşahidə edir və kvaçanın artacağını proqnozlaşdırırlar.

Nərgiz


Müəllif:

Oxşar xəbərlər